Azay Quliyev rüşvətə görə həbs edilən QHT sədrinə 40 min manat ayırıb
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə ayırdığı QHT-lər arasında "İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə” İctimai Birliyinin təqdim etdiyi "Ödənişsiz hüquqi məsləhət günləri təşəbbüsü” adlı layihə insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Miq.Az reportyor.info-ya istinadla xəbər verir ki, məsələ sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.
Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası "İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə” İctimai Birliyinin 7 min manat qrant ayırmişdı.
Şuranın bu qərarına etiraz edənlər bildirirlər ki, bu təşkilatın sədri kimi təqdim olunan Məhəmməd İmanlı 2012-ci ildə dələduzluq maddəsi ilə həbs olunan BDU hüquq fakültəsinin sabiq dekan müavinidir.
Bildirilir ki, Azay Quliyev Məhəmməd İmanlıya yenə "yaşıl işıq” yandırıb. "Vətəndaşların hüquqi maarifləndirilməsi” layihəsinə görə onun QHT-sinə 40 min manat ayrılıb.
Miq.Az