"Azəravtoyol"un evi partlayan aparat rəhbəri Türkiyədə keçindi


Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib. O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.  

M.Abbasovun həyat yoldaşı Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. 

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb. M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az