Azərbaycan Avropa Şurasını bahalı hədiyyələrlə susdurdu

Azərbaycan Avropa Şurasını bahalı hədiyyələrlə susdurdu

Avropanın tanınmış analitik mərkəzinin iddiasına görə, Azərbaycan höküməti kürü və digər bahalı hədiyyələrdən Avropa Şurasının dəstəyini satın almaq üçün və demokratiya və insan haqları sahəsində acınacaqlı vəziyyəti tənqid edənləri susdurmaq üçün istifadə edir.

“Vətəninfo.az” BBC Azərbaycan saytına istinadən xəbər verir ki, "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nəğd pul kimi hədiyyələr təqdim olunması əks olunub.

Gəldikləri nəticələrin Azərbaycan və Avropa ölkələrindən olan rəsmilərlə aparılmış müsahibələrə əsaslandığını qeyd edən hesabat müəlliflərinə görə, məhz həmin nəticələr "Azərbaycanın avtoritar hakimiyyətinin" törətdiyi pozuntular barədə vəzifəsi qitə demokratiyasının keşiyində durmaq olan Avropa Şurasının əsasən niyə susduğunu izah edir.

"Kürü diplomatiyası: Azərbaycan Avropa Şurasını necə susdurdu" adlı hesabat bazar ertəsi günü Britaniya parlamentində "Azərbaycan Demokratik Assosiyasiyası - Britaniya" adlı Azərbaycan müxalifət qrupu tərəfindən təşkil olunmuş tədbirdə təqdim olunub.

Tədbirin sədarət heyətində Murad Həsənli (Azərbaycan Demokratik Assosiyasiyası - Britaniya), Kirsty Hughes (Senzura İndeksi), Paul Flynn (Britaniya parlamentinin üzvü), Emin Milli ( blogger və yazıçı) və Gerald Knaus (Avropa Sabitliyi Təşəbbüsü) iştirak ediblər.

Avropa Şurasının mətbuat katibi BBC-ə deyib ki, korrupsiya ittihamları ilə bağlı onlar şərh vermir.

Onun təbirincə bucür şərhlərin verilməsi Avropa Şurası Parlament Assambleyası üzvlərinin fərdi səlahiyyətlərinə aid olan məsələdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev həmin ittihamları qəti sürətdə rədd edərək onların "absurd" olduğunu deyib.

Könül İbrahim



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az