Bolqarıstan paytaxtında Azərbaycan səfirliyinin və bu ölkənin xarici işlər nazirliyi yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstitutunun birgə təşkilatçılığı, Sofiya İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan kəlağayı sənətinin təqdimatı olub.
Mərasimdə Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında məlumat verilib.
Sofiya Şəhəri İcra Hakimiyyəti başçısının müavini Mariya Boyadjiyska, Dövlət Mədəniyyət İnstitutunun direktoru Lyudmila Dimitrova tədbirin təşkilini bolqar ictimaiyyətinin Azərbaycan kəlağayı sənəti ilə daha yaxından tanış olması baxımından yüksək dəyərləndiriblər.
Bakı Dövlət Universitetinin kafedra müdiri Rəna İbrahimbəyova bu tarixi hadisəni Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətimizin inkişafına böyük dəstəyinin parlaq nəticəsi kimi qiymətləndirib.
Sonda kəlağayı sənəti barədə film nümayiş etdirilib, tədbir iştirakçılarına broşürlər paylanılıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib