Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv edilmiş və ləğvetmə prosesində olan "Azərbaycan Kredit Bankı”ASC-nin əmanətçilərinə əmanətlərin verilməsi prosesinə başlanılıb.
Bankın ləğvedicisi "Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu bildirib ki, əmanətlərin böyük bir hissəsi əmanətçilərə qaytarılıb: "Hazırda qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilir, prosessual hərəkətlər edilir. İstər əmanətçilərin, istərsə də kreditorların heç bir problemi yoxdur. Bu bankın ləğvetmə prosesində olması hər hansı bir narahatlığa səbəb ola bilməz. Bizim narazı heç bir əmanətçimiz yoxdur. Artıq əmanətlərin böyük bir hissəsi qaytarılıb. Ödənilməyən bir neçə əmanətçi qalıb. Hələlik ödənilməyən əmanətlər bu və ya digər səbəbdən həmin əmanətçinin müraciət etməməsi ilə bağlıdır”.
N.Yusifoğlu əlavə edib ki, "Azərbaycan Kredit Bankı” ASC-nin məcburi ləğv edilməsi və bankın ləğvedicisi qismində "Azerbaijan İnternational Consultinq Company” MMC-nin təyin edilməsi ilə bağlı elanın rəsmi mətbuatda dərc olunduğu gündən 90 gün ərzində banka qarşı hər hansı bir tələbi olan istənilən şəxs müraciət edə bilər.
Ləğvedici şirkətin direktoru vurğulayıb ki, Azərbaycan Kredit Bankının bütün əmanətçilər öz pullarını ala biləcək.
APA
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ