Azərbaycan ordusu erməniləri bu dəfə də "vurdu"
Dünyanın ən güclü ordularının reytinq siyahısı açıqlanıb.
Azərbaycan ən güclü orduların reytinqində Ermənistanı yenə qabaqlayıb. Bu hərbi gücün indeksi "Global Firepower” portalının mütəxəssislərinin tədqiqatlarına əsaslandırılıb.
Hərbi gücü müəyyənləşdirən ekspertlərin rəyinə görə, Azərbaycan Silahlı Qüvvələri 64-cü yeri tutub. Ermənilər siyahıda 74-cü yerdə qərarlaşıb. Digər qonşumuz Gürcüstan reytinqdə 75-ci yerdədir.
"Global Firepower” portalının ekspertləri hərbi gücün qlobal indeksində Rusiyaya ikinci yeri veriblər. Şirkətin illik hesabatına əsasən, reytinqdə birinci yeri ABŞ tutub. Üçüncü yerdə Çin qərarlaşıb. İlk onluğa həmçinin Hindistan, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya və Türkiyə girib.
Siyahının tərtib edilməsi vaxtı yalnız silahlı qüvvələrin sayı nəzərə alınmayıb. Siyahıyda həm də müdafiə qabiliyyətinə təsir edən başqa amillər nəzərə alınıb. Bununla belə reytinq müəllifləri nüvə potensialını nəzərə almadıqlarını qeyd ediblər.
Miq.az