Azərbaycan ordusu şəhid verdi

Azərbaycan ordusu şəhid verdi
Müdafiə naziri kiçik çavuş Elşad Abbaszadəni ölümündən sonra təltif edib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub. Müdafiə Nazirliyindən Miq.az-a verilən məlumata görə, martın 25-də qoşunların təmas xəttində martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. 

Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az