Azərbaycan ordusu haqqında yalnız sevgi dolu sözlər yazmaq bizim hər birimizin borcudur. Amma ordunun strukturlarını, onun rəhbər vəzifəli şəxslərini tənqid etmək olar. Daha yaxşı ordu quruculuğuna nail olmaq üçün, daha güclü ordu yaratmaq üçün tənqid vacibdir və bunu gerçək qələm əhli etməlidir.
Amma ordudan nəsə ummaq, onu qarşılıqlı olaraq sevmək ŞƏRƏFSİZLİKDİR.
Çox və min dəfə çox təəssüflər olsun ki, bu gün ölkənin bəzi internet saytlarında, bəzi qəzetlərində bu tendensiya mövcuddur. Bununla belə ordunun rəhbərliyinin də qüsurları çoxdur. Onların media ilə işini daha sağlam qura bilmələri üçün bu məsələ bir qədər diqqəti çəkir. Bəzən operativlik, bəzən isə qeyri-peşəkarlıq hallarına rast gəlmək olu ki, bunu da tənqid etməmək olmur.
Bəzən müdafiə naziri Səfər Əbiyevdən tənqid yazanda sıfır dözümsüzlük göstərilir, müstəqil media məhkəmələrə çəkilir.
“Vətəninfo.az”ın “Gündəminfo.az”a istinaden verdiyi məlumata görə, saytin əməkdaşları çox dəhşətli bir faktın təsadüfi şahidi olublar. Ölkənin iri internet portallarından birinin rəhbəri ordu rəhbərliyindən pul qoparmaq üçün onları şantaj edib. Təklif yollayıb. Təklifinə müsbət cavab almayanda isə keçib şantaja. Amma şantaj olunan, barəsində xəbər yayılan ünvan ordu rəhbərliyi, ayrı-ayrı zabitlər deyil, sıravi əsgərlər olublar. O əsgərlər ki, onların tək qazanacaqları qürurla vətən torpaqlarını qorumaq, vətənə olan borclarını şərəflə yerinə yetirməkdən başqa bir şey deyil.
Elə bu xəbəri eşidəndə bizə məlum oldu ki, sən demə bəlli saytın jurnalist yox, reket-menecerləri ordudan da qazanc götürmək istəyirlərmiş.
Bəs deyildi bu orduya ayrılan büdcəni talayan bir qrup adam, bu da onlara qoşulmaq istəyirmiş. Amma bu adam onminlərlə əsgər atasının, anasının, bacısının heysiyyatı ilə rəsmən oynamaqla ŞANTAJ edirmiş. Bu konkret ŞƏRƏFSİZLİKDİR!
Bu gün müharibə şəraitində olan, hər gün şəhid verən AZƏRBAYCAN ORDUSUNUN DAHA ÇOX SEVGİYƏ EHTİYACI VAR!