Azərbaycan Ordusunun ATƏŞ ZƏRBƏSİ -Yerevan "silkələndi"+ VİDEO

Azərbaycan Ordusunun ATƏŞ ZƏRBƏSİ -Yerevan

Ordumuzun zərbəsi Sarkisyanın KRESLOSUNU TİTRƏTDİ: "Bakı Qarabağı qaytarır, sən...” 

Azərbaycan Ordusunun Ermənistana məxsus "OSA” zenit-raket kompleksini məhv etməsi düşmən ölkədə hakimiyyətə qarşı etirazlara səbəb olub.

Erməni jurnalist Sarqis Artsruni Ermənistan hakimiyyətinin cəmiyyəti "etibarlı müdafiə” haqda aldatdığını yazıb: "Hakimiyyət "dördgülük müharibə”dən sonra bildirdi ki, bundan dərs çıxarıblar və yaxşı müdafiə xətti qurulub, rəqib hücuma keçməyə cəsarət etməyəcək. Görünür, bütün bunlar təbliğat imiş. Sarkisyan xalqı aldadır, Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır və buna potensialının çatdığını hər gün sübut edir”.

Publika.az-ın məlumatına görə, erməni jurnalist qeyd edir ki, Ermənistan yalnız Rusiyadan silah alır, Azərbaycan isə öz arsenalını ən müasir silahlarla gücləndirib.

"Baş verənlər göstərir ki, rəqib Ermənistan ordusunun istənilən obyektini, hərbi texnikasını məhv etmək gücünə sahibdir. Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır, artıq bunu əminliklə deyə bilərik. Hakimiyyət isə rəqibin heç nəyə cəsarət etməyəcəyini deyərək, yalnız bizi aldatmaqla məşğuldur”, - deyə jurnalist bildirib.

S.Artsruni əlavə edir ki, məsələ təkcə ordunun zəif olmasında yox, Ermənistan diplomatiyasını və siyasi rəhbərliyinin zəifliyindədir: "Görünür, siyasi rəhbərlik "dördgünlük müharibə”dən heç bir nəticə çıxarmayıb. Bizim diplomatiyamızın gücü yalnız ona çatır ki, korrupsiyaya batmış Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi kreslosunda oturur. Lakin faktiki olaraq, biz heç nəyi bacarmırıq”.
 
Miq.Az xəbər verir ki, dünən Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində məhv edilmiş zenit-raket komleksi ekipajla birgə havaya uçurulsa da, erməni tərəf yalnız texnikasının məhv olunduğunu etiraf edib. Lakin Miq.Az-a açıqlama verən hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov qeyd etdi ki, sözügedən texnikanı idarə etmək üçün sürücü, komputer və radarları idarə edən operatorlar olur:

 "Onların danışdıqları boş söhbətdir. Bu, özüyeriyən kompeks sırf şəxsi heyət tərəfindən idarə olunur və 5 nəfər heyəti olur. Bu sistem avtomotik qaydada fəaliyyət göstərə bilmir. Yaxşı, lap elə erməni təfəkkürü ilə deyək ki, orada şəxsi heyət olmayıb. O zaman içəridəki komputer texnologiyası ilə hədəflərimiz müəyyən edildikdə, bu barədə komandanı kim verir? Aydın məsələdir ki, hədəfi aşkar etmək və hədəfə raketi buraxmaq həmin kompleksin içərisindən idarə olunur, kənardan yox. Bundan da məlum olur ki, Ermənistan növbəti nağılını danışır”.

Görünür ordumuzun son zərbəsindən silkələnən rəsmi Yerevan  öz vətəndaşlarına hələ çox yalanlar uyduracaq. Ermənistan hakimiyyətinin onsuz da yaxşı olmayan vəziyyəti sonuncu atəşdən sonra mənfi istiqamətə doğru bir az da alovlandı...

Miq.Az

[video=http:// ]
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az