Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanıldı

Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanıldı
Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən Azərbaycan sərhədini pozan iki İran vətəndaşı saxlanılıb.

DSX-dan Miq.az-a verilən məlumata görə, aprelin 12-də həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayo­nu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı 1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.
Aprelin 13-də DSX və Daxili İşlər Nazirliyi əmək­daşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı 1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.
Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az