Azərbaycan tanınmış jurnalist-dizayneri vəfat edib

Azərbaycan tanınmış jurnalist-dizayneri vəfat edib
Azərbaycan mətbuatının tanınmış dizayneri Fuad Həsənov 43 yaşında dünyasını dəyişib.

Miq.az xəbər verir ki, F. Həsənov uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib.
Bir müddət əvvəl insult keçirərək komaya düşüb. Bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, F.Həsənov "Ədalət”, "Hürriyyət”, "7 Gün” qəzetlərində, fəaliyyəti dayandırılmış "ANS Press” saytında dizayner işləyib. Sonuncu iş yeri "Daşınmaz əmlak” jurnalı olub.
F.Həsənovun həyat yoldaşı Marina Səttarbəyli də əvvəllər jurnalist olub. Onların üç övladı var.
Allah rəhmət eləsin!


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az