Azərbaycan Ukraynaya hərbi məmulat göndərir? - Rəsmi

Azərbaycan Ukraynaya hərbi məmulat göndərir? - Rəsmi
Azərbaycanın Ukraynaya hərbi təyinatlı məmulatlar göndərməsinə dari xəbərlər feyk və dezinformasiyadır.

Miq.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) bildirib.

"Erməni Teleqram kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. Bununla bağlı kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirik ki, bu kimi məlumatlar tamamilə feyk və dezinformasiya xarakteri daşıyır. Erməni Teleqram kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - nazirlik diqqətə çatdırıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az