Azərbaycan və Ermənistan generalları bu gün görüşəcək – Erməni KİV

Azərbaycan və Ermənistan generalları bu gün görüşəcək – Erməni KİV

Bu gün Moskvada Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçiriləcək.

Bakupost.az xəbər verir ki, bu məlumatı Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən "Baqramyan 26” Teleqram kanalı yayıb.

Məlumata görə, görüş Azərbaycan-Ermənistan sərhədindəki situasiyaya həsr olunacaq. Ermənistan tərəfindən danışıqlara Baş Qərargah rəisini müavini Arşak Karapetyan, Sərhəd Qoşunlarının qərargah rəisi Arman Qasparyanın qatılacağı bildirilib. Azərbaycan tərəfindən görüşə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovun qatılacağı vurğulanıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az