Azərbaycana casusluqda ittiham edilən erməni kəşfiyyatçısı tutuldu

Azərbaycana casusluqda ittiham edilən erməni kəşfiyyatçısı tutuldu

Marutyan dövlət sirri hesab olunan məlumatlar ötürürmüş

Dövlət xəyanətdə ittiham edilən 38 yaşlı mayor Qarik Marutyan 14 il azadlıqdan məhrum edilib.

İstiPress News.am-a istinadən bildirir ki, müvafiq qərar Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsi tərəfindən qəbul edilib.

Qarik Marutyanı Azərbaycanın xeyrinə casusluqda ittiham ediblər və günahkar kimi tanıyıblar.

Məhkəmə bağlı qapılar arxasında keçirilib. Təqsirləndirilən ittihamıarı qəbul etməyib və özünü günahkar bilməyib.

İttihama əsasən, uzun illər müxtəlif hərbi hissələrdə kəşfiyyat rəisi vəzifələrini tutmuş Qarik Marutyan, sosial şəbəkələr vasitəsi ilə Türkiyədə fəaliyyətdə olan Azərbaycan xüsusi xidmət orqanları ilə əlaqə qurub və pul qarşılığında onlara müxtəlif, həmçinin dövlət sirri hesab olunan məlumatlar ötürüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az