Azərbaycanda 3 gün iş olmayacaq

Azərbaycanda 3 gün iş olmayacaq
Bazar ertəsi qeyri-iş günüdür

Bazar ertəsi Azərbaycanda qeyri-iş günü olacaq. Miq.az-ın məlumatına görə, 28 may Azərbaycanda Respublika günü kimi qeyd edilir. Lakin bayram günü bazar gününə təsadüf etdiyi üçün qanunvericiliyə əsasən növbəti gün - yəni bazar ertəsi qeyri-iş günü hesab edilir. 

Xatırladaq ki, Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə iyunda da 5 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin istehsalat təqviminə əsasən, 26, 27, 28 iyun Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibəti ilə qeyri-iş günüdür.  28 İyun qeyri-iş günü olmasının səbəbi, 26 iyun tarixində iki bayramın üst-üstə düşməsidir.  24, 25 iyun tarixləri isə şənbə-bazar olduğundan 5 gün ard-arda qeyri-iş günü olacaq. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az