Azərbaycanda 6 bal gücündə zəlzələ

Azərbaycanda 6 bal gücündə zəlzələ
Azərbaycan ərazisində zəlzələ olub.

Vətəninfo.az-ın APA-ya istinadən məlumatına görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb.

 Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 5-4 bala qədər hiss olunub.

 

Zəlzələ 13 km dərinlikdə baş verib.

 

 

***

 

saat 10.03


Bakı - APA. Bu gün səhər saatlarında Azərbaycan ərazisində güclü zəlzələ olub.

 

APA-nın xəbərinə görə, saat 09.51 radələrində Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində qeydə alınıb.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya zəlzələnin baş verdiyi təsdiqlənib.

 

Qeyd edək ki, həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ baş verib. Hələlik zəlzələnin episentri məlum deyil.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az