Azərbaycanda 600-dən çox bal yığan abituriyent qəbul ola bilmədi
Kamran Əsədov bununla bağlı öz facebook səhifəsində paylaşım edib
Bu il qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 4 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib.
Təhsil eksperti Kamran Əsədov bununla bağlı öz facebook səhifəsində paylaşım edib. III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan 2 nəfər, IV ixtisas qrupunda isə 620-dən yuxarı bal toplayan bir nəfər, 640-dan yuxarı bal toplayan bir nəfər kəsilib. Bunlar Azərbaycan bölməsinin abituiyentlərdir.
K.Əsədov qeyd edib ki, buna səbəb abituriyentlərin düzgün ixtisas seçimi etməmələridir: "Onlar kodlaşdırma zamanı keçən ilki balları əsas götürüblər. Orada bal nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib. Hər zaman valideynlərə bildirirdim ki, təkcə ötən ili deyil, 2 il əvvəlki nəticələrə də baxın".
Miq.az