Azərbaycanda 72 qanunsuz miqrant saxlanıldı - VİDEO

Azərbaycanda 72 qanunsuz miqrant saxlanıldı - VİDEO
Son üç gündə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 72 əcnəbi saxlanılıb.
 
DMX-dən Miq.az-a verilən məlumata görə, onlardan 68 nəfərinin ölkə ərazisində qanunsuz yaşadıqları, 2-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisinə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları - səyyar ticarətlə məşğul olduqları müəyyən edilib.
 
Saxlanılmış əcnəbilərdən 47 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
 
DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.
 
 
 

 

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az