Azərbaycanda çay məcrasını dəyişdi, evləri su basdı, ev quşları öldü - FOTO

Azərbaycanda çay məcrasını dəyişdi, evləri su basdı, ev quşları öldü - FOTO

Güclü yağış səbəbindən Qobustanın bir kəndini su basıb, evlərə və təsərrüfatlara ziyan dəyib.

Miq.Az report-a istinadən xəbər verir ki, ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib. Çayın məcrasının dəyişməsi bir sıra fəsadlar yaradıb. 

Belə ki, sel suları Şamaxı və Qubustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qubustan rayonunun Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşları tələf olub.

Hazırda aidiyyatı qurumları əraziyə baxış keçirir, əhaliyə dəyən ziyan müəyyənləşdilir. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az