Azərbaycanda diplomu tanınan universitetlərin adları açıqlandı – SİYAHI

Azərbaycanda diplomu tanınan universitetlərin adları açıqlandı – SİYAHI

Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsi diplomları Azərbaycanda tanınan universitetlərin siyahısını açıqlayıb.

 Miq.az Qaynarinfo-ya istinadən xəbər verir ki, siyahıda 34 ölkənin 600 universitetinin adı yer alıb.

Siyahıya Almaniya universitetləri liderlik edir. Bu ölkənin 115 ali məktəbinin diplomu Azərbaycanda tanınacaq. Sayına görə ikinci yerdə ABŞ universitetləridir -71. İlk üçlüyü Rusiya ali məktəbləri tamamlayır. Bu ölkənin 58 universitetinin diplomunu Təhsil Nazirliyi tanıyacaq.

Azərbaycanlıların ən çox axın etdiyi Türkiyənin isə cəmi 13 universitetinin diplomu ölkədə tanınır. Diplomu tanınacaq Kanada universitetlərinin sayı isə 18-dir. Siyahıda Macarıstanın isə cəmi 1 universitetinin adı var.

Diplomları Azərbaycanda tanınan universitetlərin tam siyahısı ilə bulinkdəntanış ola bilərsiniz.


 

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az