Azərbaycanda əkiz uşaq dünyaya gətirən ana öldü (FOTO)

Azərbaycanda əkiz uşaq dünyaya gətirən ana öldü (FOTO)
Yaxınları qadının ölümünə həkim səhvinin səbəb olduğunu iddia edirlər

Azərbaycanda  daha bir ana ölümü baş verib.  Miq.az  xəbər veriri ki,  BAKU.WS-in redaksiyasına daxil olan məlumata görə, 18 yaşlı Həqiqət Mirzəyeva Naxçıvanda doğum evində əkiz uşaq dünyaya gətirib. Həkimlərin normadan artıq narkoz verməsi ilə gənc qız komaya düşüb.
 
Həqiqətin əmisi qızı Gülü Mirzəyevanın sözlərinə görə, 24 gün komada qalan Həqiqət bu gün dünyasını dəyişib: "Baş həkim dedi ki, bütün məsuliyyəti öz üzərimə götürürəm. Ancaq əmim qızını xilas edə bilmədilər. Əslində 24 gündür ki ölübmüş, biz onun dünyasını dəyişdiyini bu gün öyrəndik. Həqiqətin dünyaya gətirdiyi əkizlərin vəziyyəti isə yaxşı deyil. Körpələr zəif olduqları üçün onları həyatda saxlamaq üçün yaxşıca baxmaq lazımdır".
 
Qeyd edək ki, Həqiqət Mirzəyeva bu gün Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində dəfn olunub. 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az