Azərbaycanda gedişhaqqı ucuzlaşdı

Azərbaycanda gedişhaqqı ucuzlaşdı

Ucuzlaşma ən azı 20 faiz təşkil edir

Bu gündən etibarən 38/37 nömrəli Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınıb. 

Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədrizadənin İstiPress-ə verdiyi məlumata görə, dəyişiklikdən əvvəl Bakıdan Tiflisə kimi gediş haqqı yataq dəstinin istifadəsi və komisyon yığım daxil olmaqla, plaskart vaqonda 30,16 AZN, kupe vaqonda 44,50 AZN və SV vaqonda 83,77 AZN təşkil edirdisə, gediş haqları aşağı salındıqdan sonra plaskart vaqonda 24,54 AZN, kupe vaqonda 35,32 AZN və SV vaqonda 58.43 AZN təşkil edəcək.

Qeyd edək ki, İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da dəyişəcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az