Azərbaycanda havanın temperaturu tədricən yüksələcək – PROQNOZ

Azərbaycanda havanın temperaturu tədricən yüksələcək – PROQNOZ
"Növbəti üç gündə Azərbaycanda havanın temperaturu tədricən yüksələcək”.

Miq.az-ın məlumatına görə, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, bu gündən ölkə ərazisində hava şəraiti sabitləşib: "Növbəti 3 gün ərzində ölkə ərazisində hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir. Şərq küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək. Bəzi rayonlarda çiskin müşahidə oluna bilər. Amma hava şəraiti gün ərzində yağmursuz olacaq”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az