Azərbaycanda İLK: Kürdəmirdə məntəqə sədri "tüpürüm hər şeyə" deyib...- VİDEO

Azərbaycanda İLK: Kürdəmirdə məntəqə sədri

Azərbaycanda 9 fevralda keçirilən növbədənkənar parlament seçkisində bir çox dairələrdə qanunsuzluqların olması barədə məlumatlar yayılmaqdadır. 
 
Miq.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə total saxtakarlığın baş verdiyi dairədən biri də 57 saylı Kürdəmir seçki dairəsidir. 
 
Bu dairənin 2, 9, 10,12, 14, 18, 19-cu məntəqələrində Seçki Məcəlləsinə zidd olan halların olaması ilə bağlı videolar müxtəlif saytlarda tirajlanmaqdadır. 
 
Qlobal.az-a Kürdəmirli oxucuların göndərdiyi daha bir videoda isə protokola möhür vurmaqdan imtina edən məntəqə sədri xeyli mübahisədən sonra sonda "hər şeyə tüpürüm" deyib protokola möhür vurur.
 
Videonu təqdim edirik:
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az