Azərbaycanda keçmiş polis rəisi vəfat edib

Azərbaycanda keçmiş polis rəisi vəfat edib
Azərbaycanda keçmiş polis rəisi vəfat edib.

"Report”un xəbərinə görə, Sabunçu və Suraxanı Rayon Polis İdarəsinin (RİP) rəisi vəzifələrində çalışmış Etibar Qazıbəyov dünyasını dəyişib.
1951-ci ildə Naxçıvan şəhərində anadan olan E.Qazıbəyov 1974-cü ildən Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
O, Sabunçu və Suraxanı RİP-nin rəisi, son illərdə isə "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb. 2017-ci ildə isə MMC-dən ayrılıb.
E.Qazıbəyov "Əməkdar sərhədçisi” və "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az