Azərbaycanda lotereyada yarım milyon manat uduldu

Azərbaycanda lotereyada yarım milyon manat uduldu

"Azərlotereya" ASC-nin təşkil etdiyi "6/40" lotereyasının 642-ci tirajında ölkə vətəndaşlarından biri 409 min 295 manatlıq "Cek Pot"u udub

Azərbaycan vətəndaşlarından biri ölkə tarixində lotereyada ən böyük uduşlardan birinə sahib olub. Vətəninfo.az xəbər verir ki, Azərbaycanın vahid lotereya operatoru olan "Azərlotereya" ASC-nin açıqladığı məlumata görə, iyunun 24-də "Space" telekanalının canlı efirində "Azərlotereya" ASC-nin təşkil etdiyi "6/40" lotereyasının 642-ci tirajında ölkə vətəndaşlarından biri 409 min 295 manatlıq "Cek Pot"u udub.

Qeyd edək ki, bu uduş Azərbaycanın lotereya tarixində ikinci ən böyük ödənişdir:

1. Rekord ödəniş - 439 135 manat

Azərbaycan Respublikası tarixində lotereyada ən böyük məbləğ 2013-cü ilin sentyabrın 16-da udulub. Həmin gün "6/40" lotereyasının 439 135 manata qədər yüksəlmiş "Cek Pot"u sahibini tapıb. Xoşbəxt biletin nömrəsi 009171 olub.

2. 409 295 manat

2014-cü il iyunun 24-də "6/40" lotereyasının 409 min 295 manatlıq "Cek Pot"u udulub. Xoşbəxt biletin nömrəsi 113129 olub.

3. 213 400 manat

2013-cü il noyabrın 26-da "5/36" lotereyasının 867-ci tirajında 213 400 manata yüksəlmiş "Cek Pot" qazanılıb. Xoşbəxt biletin nömrəsi 001618 olub.

4. 161 490 manat

2013-cü ilin iyunun 14-də "5/36" lotereyasının 726-cı tirajında Gəncə şəhər sakini Sahib Əliyev tərəfindən 161 490 manatlıq "Cek Pot" qazanılıb.

5. 149 745 manat

2013-cü ilin yanvarın 25-də “6/40” lotereyasının 200-ci tirajında Bakı sakini Cavid Məmmədov 149 745 manat udub. Xoşbəxt biletin nömrəsi 108790 olub.

6. 147 125 manat

Bir neçə ay əvvəl - 2014-cü ilin martın 4-də isə "Azərlotereya" ASC-nin təşkil etdiyi "5/36" lotereyasının 951-ci tirajında 147 125 manata yüksəlmiş "Cek Pot" qazanılıb. Xoşbəxt biletin nömrəsi 105 062 olub.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az