Azərbaycanda nazirə yeni müavin təyin edildi

Azərbaycanda nazirə yeni müavin təyin edildi

Prezident İlham Əliyev Müdafiə Sənayesi naziri Mədət Quliyevə müavin təyin edilməsi barədə sərəncam imzalayıb. 

Miq.Az-ın məlumatına əsasən, bu vəzifəyə Mehman Abbas oğlu Baxışov təyinat alıb.

O, 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub.
M.Baxışov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-ci Sərəncamı ilə Mehman Baxışova general-mayor hərbi rütbəsi verilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az