Azərbaycanda qadını öldürmək istəyən şəxs həbs edildi

Azərbaycanda qadını öldürmək istəyən şəxs həbs edildi
Qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən şəxs tutulub.
 
Miq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 19-da Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində kənd sakini Fuad Şahsuvarov münaqişə zəminində qohumu Ülviyyə Rəhimovaya bıçaqla xəsarət yetirib.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən F.Şahsuvarov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci maddəsi ilə cinayət işi başlanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az