Azərbaycanda səfir müavini diplom almaq üçün rüşvət verdi

Azərbaycanda səfir müavini diplom almaq üçün rüşvət verdi
Azərbaycanda təmsil olunan xarici ölkə səfirinin müavini saxta diplom almaq üçün rüşvət verib.

Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həmin şəxs Küveyt səfirinin müavini Faisal Almatairi olub.

Küveyt vətəndaşı, 1972-ci il təvəllüdlü F.Almatairi özü Polis Bölməsinə ərizə ilə müraciət edərək bu barədə məlumat verib.

O bildirib ki, 2015-ci ilin dekabr ayında Bakı Dövlət Universitetinin qarşısında tanışı ilə görüşərək ona pul verib. Səfir müavini deyib ki, Bakı Dövlət Universitetindən magistr dərəcəsi diplomu almaq üçün həmin tanışı, 1982-ci il təvəllüdlü Azad Əhmədova 2500 ABŞ dolları verib./Qafqazinfo.az/

Lakin F.Almatairinin "diplom işi" alınmasa da, A.Əhmədov onun pulunu qaytarmayıb.

Müraciətlə bağlı Nəsimi RPİ-də araşdırma aparılır.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az