Azərbaycanda siqaretlər ucuzlaşa bilər

Azərbaycanda siqaretlər ucuzlaşa bilər

"Tütün və tütün məmulatlarının reklamının tam qadağan olunması Azərbaycan istehsalı olan siqaretlərin ucuzlaşmasına səbəb ola bilər”. Bu sözləri Trend-ə "European Tobacco Baku” şirkətinin idarə heyətinin sədri Rüfət Quliyev deyib.
 
Onun sözlərinə görə, reklamın qadağan olunması əsasən yerli istehsalçıların satış həcminə mənfi təsir göstərəcək, çünki məşhur xarici şirkətlər yerli bazarda artıq kifayət qədər tanınır.
 
Qeyd edək ki, tütün və tütün məmulatlarının reklamının qadağan olunması barədə qanun layihəsi parlamentin plenar iclasında müzakirə olunacaq.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az