Azərbaycanda tikinti materiallarının qiyməti bahalaşdı - VİDEO

Azərbaycanda tikinti materiallarının qiyməti bahalaşdı - VİDEO

Şəkidə tikinti materiallarının qiymətində artım müşahidə olunur.

ARB TV xəbər verir ki, Şəkidə yerləşən tikinti bazarlarında qiymət artımına alıcılar öz narazılığını bildirir. Hər il bu fəsildə tikinti materiallarının qiymətində artım müşahidə olunur. Buna əsas səbəb də bu aylarda həmin məhsullara təlabatın çox olmasıdır.

Əsas artım dəmir, sement və taxta məmulatlarında özünü göstərir. Hazırda dam örtükləri ölçüsünə görə 12-40 manat, sementin 50 kq-ı 5-6 manat arasında arasında dəyişir. Taxtanın qiyməti isə 10 qəpik bahalaşıb.

Alıcı deyir ki, bu günki real qiymətlər onları qane eləmir: "Çünki qiymətlər günü gündən qalxır. Hər 1 torba smenti 10 qəpik 20 qəpik qaldırırlar. Görün bu tonda nə qədər edir”.

Satıcıların sözlərinə görə, qiymət artımı, payız fəslinin ilk aylarına kimi davam edəcək. Qış aylarında isə qiymətlər nisbətən aşağı düşəcək: "Hal - hazırda taxtanın kubu 260 manatdır. Keçən il ilə bu ilin arasında çox fərq var . Rusiyanın dəmiri listi 8.5 AZN – dir”.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az