Azərbaycanda zəlzələ oldu-Şamaxıda

Azərbaycanda zəlzələ oldu-Şamaxıda

Azərbaycanda zəlzələ  qeyd alınıb. Hələlik ölən və yaralıların olduğu haqqında dəqiq məlumat verilməyib.

Miq.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar Şamaxı rayonu ərazisində hiss edilib. Bu gecə saat 02:44-də qeydə alınmış zəlzələnin maqniturası 3.5 olub. Pirqulu kəndindən 22 kilometr cənub-qərbdə baş vermiş zəlzələnin ocağı yer səthindən 6 kilometr dərinlikdə olub.

Hadisədən sonra dağıntı və insan tələfatı haqqında dəqiq məlumat verilməyib. Təbii fəlakətin fəsadları araşdırılır.

Miq.az


 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az