Azərbaycanın Afrikadan aldığı hərbi texnika (FOTO)

Azərbaycanın Afrikadan aldığı hərbi texnika (FOTO)
Siyahıda minaya qarşı qorumalı nəqliyyat vasitələri, qüllələr və sairə var

Cənubi Afrika Respublikası (CAR) 2015-ci ildə silah ixracatını açıqlayıb. 
Miq.az-ın  "AzeriDefence”ə istinadla verdiyi məlumata görə, hesabatda Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrə ixrac edilmiş silah və hərbi texnikanın sayı qeyd olunub.

CAR hökumətinin məlumatına görə, 2015-ci ildə 86 ölkəyə 2.7 milyard rand (210 milyon dollar) dəyərində hərbi məhsul ixracatı gerçəkləşdirilib.

Hesabatda yer alan məlumata görə, 2015-ci ildə CAR Azərbaycana 5 ədəd "Matador” və 2 ədəd "Marauder” minaya qarşı qorumalı nəqliyyat vasitəsi, 40 mm-lik qumbaraatan və snayper tüfəngləri və pulemyot qüllələri ixrac edib.
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az