Vətəninfo.az xəbər verir ki, Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi Almaniyada bəzi qüvvələrin jurnalist Rasim Əliyevin qətlini siyasiləşdirmək cəhdlərini pisləyən bəyanat yayib.
Səfirlik Almaniyada bəzi dairələrin jurnalist Rasim Əliyevin jurnalist fəaliyyətinə dair düzgün olmayan məlumatlar yaymaqla qətl hadisəsini siyasiləşdirməyə yönəlmiş cəhdlərini pisləyib. Bəyanatda bildirilir ki, bir insanın faciəvi ölümünü kimlərinsə siyasi məqsədlər üçün reklam kampaniyası kimi sui-istifadə etməsi hər hansı mənəviyyata sığmır. Səfirlik bu hadisənin və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırıb.
Bəyanatda bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının jurnalistin ölümü hadisəsi ilə bağlı gördüyü təcili əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslər istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev istintaqın gedişatını nəzarətdə saxlayır.
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi