Azərbaycanın ən güclü silahı ermənilərin əlinə keçir

Azərbaycanın ən güclü silahı ermənilərin əlinə keçir
Ermənistanda Sarkisyana yaxın KİV-lər bayram edir

Erməni mətbuatı Ermənistanın İsraildən tank əleyhinə çoxfunksiyalı "Spayk” raketləri alacağı barədə yazır.

İstiPress-in məlumatına görə, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu 25-dən çox erməni tankını məhz "Spayk” raketləri ilə məhv etmişdi. Bu, Serj Sarkisyanın da etiraf etdiyi kimi 1980-ci illərin texnologiyası ilə silahlanmış Ermənistan ordusunun manevr imkanlarını çox zəiflətmişdi. O vaxt erməni hərbi ekspertlər hakimiyyəti bu silahlardan almamaqda günahlandırmışdı. İndi göründyü kimi, ermənilər bu sahədəki gerliklərini aradan qaldırdıqlarını bildirirlər.

Xəbəri yayan KİV-lər iki ölkə arasında "Spayk” raketlərinin alqı-satqısı ilə bağlı müqavilənin İsrailin regional əməkdaşlıq naziri Tsaxi Haneqbinin iyulun 25-də İrəvana etdiyi səfər zamanı imzalandığına işarə vururlar. Beləliklə, erməni KİV-lərinə inanılarsa, Azərbaycan ordusu Ermənistan ordusu üzərindəki bir üstünlüyünü itirmək üzrədir. Təbii ki, bu alqı-satqının erməni ordusunda yarada biləcəyi ruh yüksəkliyi də ayrı bir problem kimi görünə bilər. 

Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı,  politoloq Fikrət Sadıqov İstiPress-ə müsahibəsində erməni mətbuatının israilli nazirin İrəvana səfəri barədə şişirtmə ilə məşğul olduğunu bildirib:

"İsrail Azərbaycanla yaxın münasibətlərə malikdir. Düzdür, Türkiyə, Pakistan və Özbəkistan kimi Qarabağ məsələsinə görə Ermənistanla diplomatik əlaqələri kəsməsə də, bu münasibətləri inkişaf da etdirməyib. İndi regional inkişaf nazirliyi iki ölkə arasında müəyyən əlaqələrin inkişafına qərar verib. Amma hər halda, bu, hərbi sahədə əməkdaşlıq müqaviləri deyil”,- deyə Fikrət Sadıqov vurğulayıb.

Əslində isə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşən Tsaxi Haneqbi diplomatik pasportlara malik vətəndaşlardan viza tələb edilməsinin ləğvi və ikiqat vergi tutulmasının ləğvi ilə bağlı iki müqaviləyə imza atıb. Sadəcə, bu, amma erməni KİV-ləri bunun arxasında gizli hərbi əməkdaşlığın olması barədə iddialar irəli sürməkdə davam edirlər.
Fikrət Sadıqov isə bu iddiaların əsassız olduğunu bildirir: "Birincisi, "Spayk” raketləri alternativlərindən çox bahadır və Ermənistanın buna maliyyə imkanı çatmır, çatsa çoxdan alardı. İkincisi, Ermənistan ordusu tamamilə Rusiya silahları ilə təchiz olub. Yəni bu cür sövdələşmələrdə KTMT çərçivəsində Moskvanın da razılığı olmalıdır».

Dünya silah bazarındakı vəziyyət də polotoloqun dedikləriin təsdiqləyir. Məsələ bundadır ki, dünya bazarında İsrailin tank əleyhinə çoxfunksiyalı "Spayk” raketlərinin əsas rəqiblərindən biri Rusiyanın "Kornet" raketləridir. Əgər dünya bazarında bir "Spayk” raketinin qiyməti 200 min dollardırsa, "Kornet"in qiyməti 50 min dollar ətrafında dəyişir.
Tsaxi Haneqbi və Edvard Nalbandyan
Həm də Ermənistan "Kornet"i KTMT çərçivəsində Rusiya daxili qiymətlərlə ala bilər. Erməni KİV-lərinin yazdığına görə, İsrail "Spayk” raketlərini Azərbaycanla yanaşı Ermənistana da təklif edibmiş. Amma məhz bu arqumentə görə Ermənistan "Spayk”dan imtina edib. Görünür, Serj Sarkisyanın səfər çərçivəsində Tsaxi Haneqbi ilə görüşməməsi də bununla bağlıdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az