Azərbaycanın istədiyi türk silahı - 60 saniyədə nə bacarır? (FOTO)

Azərbaycanın istədiyi türk silahı - 60 saniyədə nə bacarır? (FOTO)
Türk istehsalı olan silahlar

Türk mühəndislər tərəfindən hazırlanan "G-3 kimi təsirli, "Kalaşnikov" kimi etibarlı, "M-16" kimi praktik" adlandırılan Milli Piyada Tüfəngi MPT-76-nın ilk partiyası Türk Silahlı Qüvvələrinin (TSK) istifadəsinə verilib.

NATO-nun ən güclü ordularından biri hesab edilən TSK silah anbarını yerli istehsal olan məhsullarla zənginləşdirib. İstiPress-in TRT-yə istinadla verdiyi məlumata görə, türk istehsalı olan yeni silahlar Azərbayacanın ən yaxın qonşusunun həm gücünü artırıb, həm də ölkə daxili və xaricində terrorla mübarizəsində mühüm rol oynayacaq. 

TSK-nın istifadəsinə verilən yeniliklərdən biri də Azərbaycanın da almaq istədiyi MPT-76 tüfəngidir. Silah özəllikləri ilə göz qamaşdırır. 

4.1 kq çəkisi olan silahda 7,62x51 kalibrli mərmi istifadə edilir. Ən maraqlı özəlliklərindən biri də atış sürətidir. Dəqiqədə 650 atış həyata keçirə bilən və 600 metr mənzilə sahib olması ilə diqqət çəkən MPT 76 qar, yağış, bataqlıq demədən bütün şəraitdə işləyir. MPT-76 TSK-nın ən dəyərli silahları arasında yer alır. 

 
 
 



Türk mühəndislərinin istehsalını tamamladığı ikinci məhsul "Cirit" raketidir. Yüngül zirehli, zirehsiz sabit və hərəkətli hədəflərə qarşı yüksək həssaslığa malik, sinfinin ən uzun məsafəli raketi olan "Cirit" ATAK helikopterlərində istifadə edilir. 

 



"Pantera" Türkiyənin azad şəkildə istehsal etdiyi ilk haubitsa olma özəlliyinə sahibdir. Bu haubitsa çəkici olmasa da hərəkət etdirilə bilir. Sürətlə yerləşdirilir və qısa zamanda atışa hazır vəziyyətə gətirilir. Haubitsa 40 kilometr mənzilə sahibdir. 

İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, türk mühəndislərinin ən diqqətçəkən məhsullarından biri də "Bayraktar TB2" pilotsuz aparatıdır. Məlumata görə, Türkiyə 2008-ci ildən bəri ABŞ-dan PUA almaq istəyib. Amma Konqres satış üçün rəy verməyib.

2010-cu ildə İsraildən alınan 10 dron üçün 250 milyon dollar ödənilib. 12 ədəd "Bayraktar"ın istehsal dəyəri isə bu rəqəmin 1/5-ə bərabərdir. 

"Bayraktar TB2" 24 saat 34 dəqiqə havada qala bilir. Bu xüsusiyyətinə görə, o öz sinfində dünya rekordu vurub.
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az