Azərbaycanın sərhəd sularını üç yeni gəmi qoruyacaq

Azərbaycanın sərhəd sularını üç yeni gəmi qoruyacaq
"Gəmi inşası zavodu öz töhfələrini verməkdədir”.
Yaxın gələcəkdə daha üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaq.
Vətəninfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev "Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin gəmi inşası zavodu dəniz sərhədlərimizin mühafizəsinə öz töhfələrini verməkdədir. 
"Zavodun imkanları hesabına sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənir və nəticə etibarilə dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksəlir. Artıq zavodda inşa olunan dörd gəmi dəniz sərhədlərimizin mühafizəsindədir”, - xidmət rəisi bildir

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az