Azərbaycanın xüsusi qrupundan ERMƏNİSTANA BÖYÜK ZƏRBƏ

Azərbaycanın xüsusi qrupundan ERMƏNİSTANA BÖYÜK ZƏRBƏ
Ermənistana haker hücumları ilə ciddi zərbələr vuran "Anti-armenian Team” adlı xüsusi qrup Dağlıq Qarabağa aid yeni xəritələr ələ keçirib.

Publika.az xəbər verir ki, haker qrupumuz sosial şəbəkə hesabında Azərbaycan SSR-də Dağlıq Qarabağın xəritələrini paylaşıb. Qrup bu xəritələri haradan əldə etdiyi haqda heç bir məlumat verməsə də, onların Ermənistanın sisteminə müdaxilə etdiyi ehtimal olunur.

Bu xəritə Ermənistanın Dağlıq Qarabağa iddialarını bir daha alt-üst edir.

Qeyd edək ki, azərbaycanlı hakerlər indiyə qədər dəfələrlə Ermənistanın kompüter sisteminə müdaxilə edərək, dövlət saytlarını dağıdıb, həmçinin, lazımi informasiyalar əldə ediblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az