Azərbaycanlı ananın İstanbulda fəryadı: Bunlara qıymaq olar?

Azərbaycanlı ananın İstanbulda fəryadı: Bunlara qıymaq olar?

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda terror olayının baş verdiyi əraziyə insan axınının ardı-arası kəsilmir.

Axar.az xəbər verir ki, bu gün həmin əraziyə ziyarət gələn Aybəniz Əliyeva adlı azərbaycanlı qadının törədilən terror olayına reaksiyası Türkiyə mediasının da diqqətindən yayınmayıb.

Yaradılan anım guşəsinə qərənfil qoyan qadın Azərbaycan və Türkiyə xalqlarının qardaş olduqlarını bildirib:

"Allah şəhidlərimizə rəhmət eləsin. Onların yeri cənnətdir. Biz azərbaycanlılar Türkiyə türklərinin, onlar da azərbaycanlıların arxasındadırlar. Biz doğma qardaşıq”.

Qeyd edək ki, yayımlanan videonun sonunda Əliyevanın bir polisi qucaqlaması duyğulu anlara səbəb olub: "Mən anayam. Bunların dırnağına qıymaq olarmı?”
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az