Azərbaycanlı iş adamı 2,5 milyona meşədə ev aldı
Türkiyəli müğənni Ebru Gündeş və azərbaycanlı iş adamı Reza Zarrab İstanbul Kəmərburqazda yeni villa alıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, meşə içərisində yerləşən evin qiyməti 2,5 milyon dollaradır. Cütlük yeni evin təmirinə 1,5 milyon (800 min manat), dekorasiyasına isə 1 milyon lirə (530 min manat) xərcləyib. Villanın özəlliyi onun taxtadan olmasıdır.
Reza həftənin 7 günü bu evdə qalır. Ebru isə qızı Melissa ilə Kandilidəki villasında yaşayır. Müğənni həftə sonu istirahətini qızı ilə birlikdə həyat yoldaşının yanında keçirir. Reza Kandilidəki villasını 2 il bundan əvvəl 25 milyon dollara almışdı.
Miq.az