Azərbaycanlı milyonçudan 100 illik neft proqnozu

Azərbaycanlı milyonçudan 100 illik neft proqnozu

Vahid Ələkbərov bəşəriyyətin hələ 100 il bundan belə neftdən asılı olacağını deyib.

"Bəşəriyyət hələ 100 il neftdən qurtula bilməyəcək". Bu sözləri azərbaycanlı milyonçu, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov deyib.

Sankt-Peterburq İqtisadi Formunda Vahid Ələkbərova sual veriblər ki, "neftdən sonra həyat varmı?”. O isə suala belə cavab verib: "Neftdən sonra həyat mövcud deyil".

Vahid Ələkbərov bundan əvvəl mətubata verdiyi açıqlamada demişdi ki, neftin qiymətinin düşməsi pik həddi keçib.

"Mənim fikrimcə, neft hasilatının dondurulması barədə danışıqları bərpa etməyə ehtiyac yoxdur”, - Ələkbərov bildirib./Ans Press/

O, jurnalistlərə açıqlamasında deyib ki, neftin 30 dollardan aşağı düşməsi ehtimalı yoxdur. Şirkət rəhbəri neftin qiymətinin ədalətli həddini də açıqlayıb. "Bu gün biz düşünür ki, barrelə görə ədalətli qiymət 60 dollar civarındadır".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az