Azərbaycanlı polis qadın evlilik proqramında

Azərbaycanlı polis qadın evlilik proqramında
Türkiyənin ATV kanalında yayımlanan "Esra Erolda” adlı evlilik proqramına daha bir azərbaycanlı qatılıb.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, Roza adlı xanım özünü polis məmuru kimi təqdim edib. Maraqlısı budur ki, həmin qadın proqramın ən qalmaqallı iştirakçısı kimi tanınır.

Belə ki, Roza onunla tanış olmaq üçün yarışmaya gələn Gürsel bəyin onu öz evinə aparmaq istədiyini deyib. Sözügedən bəy namizədi isə xanımın ittihamlarını qəbul etməyib və onun bütün bunları uydurduğunu bildirib.

Bundan başqa, Roza xanım üçün gələn bəylərdən biri onun şərəfinə mahnı da ifa edib. Amma azərbaycanlı iştirakçı bütün namizədlərə "yox” cavabı verir.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az