Azərbaycanlı zabitə ABŞ-da vəzifə verildi

Azərbaycanlı zabitə ABŞ-da vəzifə verildi

Həmyerlimiz ABŞ Dəniz Qüvvələrinin zabiti John Naimi Amiral (Əmiralıyev Nəimi) ABŞ Dəniz Qüvvələrinin Avropa Komandanlığında və NATO yanında xarici əlaqələr zabiti təyin edilib.

Son iki ayda Fransanın qırıcı daşıyan "Charles De Gaulle” gəmisində ABŞ Dəniz Qüvvələrinin Avropa Komandanlığı ilə Fransa və digər NATO Dəniz Qüvvələri arasında əlaqələndirici kimi fəaliyyət göstərən həmyerlimiz bundan əvvəl NATO-nun Rumıniyadakı Ballistik Raketlərə Qarşı Müdafiə Bazasında xarici əlaqələr zabiti kimi xidmət göstərib.

Nəimi Əmiralıyev dekabrın 9-da "Charles De Gaulle” qırıcı daşıyan gəmisini ziyarət edən Fransa prezidenti Fransua Ollandla da görüşüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az