"Azərbaycanlılar Zəngəzurda istədiklərinə nail oldular" – Ermənistanın sabiq baş naziri


"Azərbaycan və Ermənistan tərəfi Zəngəzurda ortaq postlar qururlar".

Miq.Az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan öz "facebook" səhifəsində yazıb. O bildirib ki, bu istiqamətdə artıq razılıq əldə olunub:

"Birgə postlar qurmaq üçün razılıq əldə edilib. Bu barədə məlumatımız var. Azərbaycanlılar istədiklərinə nail oldular".

"Armenpress"də yer alan digər bir xəbərdə isə bildirilir ki, Qarabağdakı sülhməramlıların komandanı Rüstəm Muradov Zəngəzura gəlib, tərəflər arasında danışıqlar aparılıb. İlkin məlumata görə Azərbaycan tərəfi tutduğu mövqelərdən müvəqqəti olaraq geri çəkilməli, gərginlik azaldıqdan sonra isə mövqelərinə qayıtmalıdırlar. 
Xatırladaq ki, mayın 12-də Zəngəzur bölgəsində sərhədlərin delimitasiyası və demarkasiyası prosesi zamanı Azərbaycan və Ermənistan arasında gərginlik baş vermişdi.(yeniavaz.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az