Azərbaycanlıların yaşadığı şəhərin girişində - ermənicə "xoş gəlmisiniz" yazısı
Türkiyənin İğdır vilayətində Tuzluca rayonunun girişində türk,
kürd, ingilis və erməni dillərində "xoş gəlmisiniz” sözləri yazılıb.
Vətəninfo.az Avropa.info-ya istinadən
xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəkləri Dostluq federasiyasının
İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal Tuzluca rayonunun
giriş və çıxışında "xoş gəlmisiniz" və "gülə-gülə" yazılarına sərt
reaksiya göstərib.
Ünsal Türkiyədə Erməni
heyranlığının hər keçən gün artdığını vurğulayaraq təəssüf ki, bu
heyranlıq İğdıra, Tuzluca rayonuna qədər gəlib çatdığını söyləyib.
"Bələdiyyə
başçısının dörd dildə xoş gəldin yazısının içinə erməni dilini də
qatmasını anlaya bilmirik. Hörmətli bələdiyyə başçısı çox yaxşı bilir ki
İğdıra erməni turist gəlmir. İndiyə qədər də heç vaxt gəlməmişdir.
Gələn turistlərin başında Azərbaycan türkləri və iranlılar var.
Ermənilərin yerinə iranlılar üçün farsca yaza bilərdi."
Onun
dediklərinə görə ermənilərin 1915-1920-ci illər arasında Şərqi Anadolu
bölgəsində etdikləri soyqırımlardan Tuzluca rayonunun Çatlı, Mollakamer,
Güllüce kəndləri də öz nəsibini almışdır.
"Tuzluca
rayonu erməni vəhşiliyinin ən şiddətlisini yaşamışdır. Erməni
şəbəkələri 1915-1920 illəri arasında Tuzlucadaki müsəlman xalqı, türk,
kürd deyə ayırmadan sırf müsəlman olduqları üçün qətl etdi. Tuzluca
rayonunda yazılan yazı şəhidlərimizin sümüklərini sızladır."