“AzerGold”a kim rəhbərlik edəcək?
Vətəninfo.az xəbər verir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 11 fevral 2015-ci ildə "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb və müəyyən edilib ki, Cəmiyyət əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Bu gün maraq doğuran məsələlərdən biri bu nəhəng quruma kimin rəhbərlik edəcəyidir və artıq bu haqda müəyyən məlumatlar yayılmaqdadır. Quruma rəhbərlik edəcək kadrların sırasında adı hallanan şəxslərdən biri "Azinterpartlayış – X” MMC-nin direktoru Azər Şükürovdur. Moskvada təhsil alması, ixtisasca Dağ-Mədən Mühəndisi olması və Dağ-mədən işləri sahəsində uzun müddət fəaliyyət göstərməsi onun bu posta gətirilməsini reallaşdıran əsas amillərdən hesab olunur.
İnformasiyanı dəqiqləşdirmək üçün vetenininfo.az-ın əməkdaşı Azər Şükürovla əlaqə saxlayıb. Azər müəllim bu haqda məlumatı olmadığını bildirdi və informasiyanı təkzib etdi.