“Azərişıq”da yeni TƏYİNATLAR

“Azərişıq”da yeni TƏYİNATLAR

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətində növbəti kadr dəyişikliyi olub.

Miq.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov  imzalayıb. 

Əmrə əsasən, Tanrıverdi Mustafayev "Azərişıq” ASC sədrinin müşaviri təyin edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə telejurnalist Vaqif Aydınoğlu təyinat alıb.

T.Mustafayev məlumatı Oxu.Az-a təsdiqləyib. Bildirib ki, onlar yeni vəzifələrinin icrasına başlayıblar.

Qeyd edək ki, V.Aydınoğlu bu təyinata qədər ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az