AzTV və Azərtac-ın əməkdaşları Kəlbəcərdə MİNAYA DÜŞÜB həlak oldular - Foto

AzTV və Azərtac-ın əməkdaşları Kəlbəcərdə MİNAYA DÜŞÜB həlak oldular - Foto

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və "Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. 

AzTV-dən verilən məlumata görə, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir. Azərbaycan Televiziya və Radio Verilişləri QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!" - AzTV-nin yaydığı başsağlığında qeyd olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az