Bakı İrəvana 3 ağır zərbə endirdi – Aşotyan

Bakı İrəvana 3 ağır zərbə endirdi – Aşotyan

Rusiyanın yaxın ətrafında – Mərkəzi Asiya və Cənubi Qafqazda rolu katastrofik şəkildə aşağı düşür.

Miq.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan deyib.

O, Ukrayna müharibəsinə görə Rusiya ilə bağlı geosiyasi paradoksun yarandığını söyləyib.

Aşotyan həmçinin cari ildə İrəvanın diplomatik itkilərə məruz qaldığını deyib və onları belə sıralayıb:

"1. Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi beynəlxalq sənədlərdə özünə yer edə bilmədi.

2. ATƏT-in Minsk Qrupu iflic oldu.

3. "Dağlıq Qarabağ” sözü sənədlərdən çıxarıldı”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az