"BakıKart" layihəsinin sonrakı mərhələlərində nəqliyyatda ödəniş üçün NST texnologiyasını dəstəkləyən smart telefonlardan da istifadə oluna biləcək. Yəni sərnişin mobil telefonunu ödəmə cihazına yaxınlaşdırmaqla avtomatik qaydada təmassız olaraq gediş haqqını ödəyə biləcək.
VİZUAL.az xəbər verir ki, bunu "BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev bildirib.
Bundan əlavə, layihə rəhbəri qeyd edib ki, kredit kartı ilə internet üzərindən onlayn ödəmələr də etmək mümkün olacaq: "Yəni vətəndaşlar kredit kartı ilə internet üzərindən "Bakıkart"a ödəniş etmək və gediş haqqı balansını artırmaq imkanı əldə edəcəklər".
Lakin C.Əliyevin Milli.Az-a bildiridiyinə görə, hələlik layihənin icrasına nə vaxt başlanacağı tam dəqiqləşdirilməyib.
Qeyd edək ki, hazırda həm "Bakubus" avtobuslarında, həm də metroda turniketlərdəki avadanlıqlar kredit kartlarından təmassız ödəniş qəbul edir. Həmin avadanlıqlarda "Pay Vave" və "Pay Pass" texnologiyası dəstəklənir.
"BakıKart" nəqliyyat kartları hələlik Bakı Metropolitenində, "BakuBus" avtobuslarında gediş haqqının ödənilməsi üçün istifadə edilir. Amma yaxın gələcəkdə artıq Bakı-Sumqayıt elektrik qatarlarında da ödəniş üçün "BakıKart" sisteminin tətbiq olunması nəzərdə tutulur.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE